...

Əli Abbasov: Azərbaycan Cənubi Qafqazda rəqəmsal televiziyada efirə çıxacaq ilk dövlət olacaq

Siyasət Materials 28 Mart 2006 10:57 (UTC +04:00)
Əli Abbasov: Azərbaycan Cənubi Qafqazda rəqəmsal televiziyada efirə çıxacaq ilk dövlət olacaq

Azərbaycan Cənubi Qafqazda rəqəmsal televiziyada efirə çıxacaq birinci, MDB-də isə (Rusiyadan sonra) ikinci dövlət olacaq. Hazırda bu layihənin reallaşdırmaq üçün yeni Qərb şirkətinin axtarışı aparılır. Trend in məlumatına görə, bu barədə jurnalistlərlə söhbətində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, bəzi MDB ölkələrində, o cümlədən Azərbaycanda, eləcə də Rusiyada rabitə sahəsi inkişaf mərhələsindədir. Lakin bu sahənin hərtərəfli inkişafı üçün xüsusi dövlət proqramının qəbul edilməsi zəruridir.

A.Abbasovun qeyd etdiyinə görə, yeni proqramın köməyi ilə respublikada bu kateqoriya üçün avadanlıqların və malların gətirilməsi və aparılması üçün rüsumların səviyyəsinin aşağı salınması mümkün olacaq. "İnformasiya texnologiyaları sahəsi Azərbaycan iqtisadiyyatında neft-qaz sektorundan sonra investisiyaların qoyulacağı bir sahə olacaq. Hər şey respublikanın Nazirlər Kabinetinin qərarından asılıdır və hökumət xüsusi iqtisadi zonaların statusunun müəyyənləşdirilməsini həll etməlidir",- deyə nazir bildirib.

A.Abbasov eləcə də bildirib ki, yeni iqtisadi zonalar bütün region ölkələrinin bazarını əhatə edəcək qədər böyük olmalıdır.

Xəbər lenti

Xəbər lenti