...

İsgəndər Həmidov: "Etiraz aksiyalarına müvəqqəti ara vermişik"

Siyasət Materials 28 Mart 2006 14:05 (UTC +04:00)

Ədliyyə Nazirliyi qarşısında keçirəcəyimiz etiraz aksiyalarına müvəqqəti ara vermişik. Bu barədə Trend ə Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov bildirib.

Partiyanın Siyasi Şurasının qərarı ilə qeydiyyata alınmayacaqları təqdirdə ayda bir dəfə adıçəkilən nazirlik qarşısında etiraz aksiyaları keçirəcəklərini deyən İ.Həmidov martın 17-nə planlaşdırılan piketin təxirə salınmasının səbəbini belə izah edib: "Ədliyyə Nazirliyindən bildiriblər ki, kollegiya iclasında partiyamızın qeydiyyata alınması məsələsi müzakirə ediləcək. Biz də buna görə aksiyalarımıza ara vermişik".

AMDP sədri bildirib ki, əgər Ədliyyə Nazirliyin kollegiya iclasında məlum məsələ müsbət həll olunmazsa, aksiyalara yenidən başlanılacaq. İ.Həmidov onu da qeyd edib ki, həm AMDP-nin qeydiyyatı, həm də üzərində məhkumluğunun qalması ilə bağlı Avropa Məhkəməsinə edilən müraciətlər icraata götürülüb.

Xəbər lenti

Xəbər lenti