...

Çjan Xayçjou: Çin Azərbaycanın ərazi bütövlüyünün saxlanması naminə göstərilən bütün səyləri qətiyyətlə dəstəkləyir

Siyasət Materials 29 Mart 2006 13:16 (UTC +04:00)
Çjan Xayçjou: Çin Azərbaycanın ərazi bütövlüyünün saxlanması naminə göstərilən bütün səyləri qətiyyətlə dəstəkləyir

Trend in Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri ilə müsahibəsi

- Çin hansı sahələrdə Azərbaycanla münasibətləri gücləndirmək istərdi? Bakıda səfirliyin açıldığı andan əməkdaşlığın prioritetləri dəyişibmi?

- Çinlə Azərbaycan arasında dostluğun kökləri qədim dövrlərə gedib çıxır və Böyük İpək Yolu bu iki xalqın ənənəvi dostluğuna sübutdur. Pekin Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini və suverenliyini tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biridir. 1992-ci ildə Azərbaycanla diplomatik əlaqələrin qurulmasından sonra Çin dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı üçün bərabərlik, qarşılıqlı səmərə və qarşılıqlı hörmət əsasında yorulmaz səylər göstərib və göstərməkdə davam edir.
1994-cü ildə Azərbaycanın prezidenti Heydər Əliyev ilk dəfə rəsmi səfərlə Çinə gəldi. Səfər gedişində ÇXR ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin əsasları barədə birgə bəyannamə, eləcə də ikitərəfli əlaqələrin inkişafının sarsılmaz əsasını qoyan 30-dan artıq mühüm sənəd imzalandı. Son 10 ildən artıq bir müddətdə Çin-Azərbaycan münasibətləri fasiləsiz olaraq dərinləşib. Çin və Azərbaycan qarşılıqlı şəkildə bir-birinin suverenliyinin və ərazi bütövlüyünü dəstəkləyir, öz xalqlarının xüsusiyyətlərinə xas seçdiyi inkişaf yoluna hörmət edir, eləcə də beynəlxalq arenadakı mühüm məsələlərlə bağlı sıx məsləhətləşmələr və əməkdaşlıq həyata keçirir. Biz bir-birinə etibar edən dost tərəfdaşlarıq.
Hazırda Çində də, Azərbaycanda da oxşar reallıqlar müşahidə olunur. Hər iki ölkə iqtisadiyyatda keçid dövrünün çətinliklərini yaşayır və iqtisadi qloballaşmanın sərt təpgiləri ilə üzləşirlər. Hər iki ölkənin çiyinlərində inkişaf yolunun, sosial-iqtisadi tərəqqi və çiçəklənmənin axtarışı kimi çətin vəzifə var. Fasiləsiz dərinləşmə və müxtəlif sahələrdə təcrübə mübadiləsi iki ölkənin maraqlarına cavab verir.
Məlum olduğu kimi, 2005-ci ilin martında Azərbaycan prezidenti İlham Əliyev Çinə rəsmi səfər edib. O, Çin Xalq Respublikasının sədri Xu Tszintao ilə çox mühüm görüşlər və danışıqlar aparıb. Səfər gedişində tərəflər siyasət, iqtisadiyyat, elm, texnika, ticarət, mədəniyyət, idman, turizm və digər sahələrdə əməkdaşlıq üzrə 13 sənəd imzalanıb ki, bu da gələcəkdə iki ölkənin münasibətlərinin məzmununu dolğunlaşdırır və Çinlə Azərbaycan arasında ardıcıl əməkdaşlığa yeni təkan verir. Hazırda hər iki ölkənin səfirlikləri və digər idarələri əməkdaşlıq üçün bütün imkanları reallaşdırır və bununla əlaqədar iki ölokənin ənənəvi dostluq və əməkdaşlıq telləri fasiləsiz olaraq dərinləşir.
Çin müstəqil dünyanın bütün ölkələri ilə bərabərlik, qarşılıqlı səmərə və qarşılıqlı hörmət əsasında dinc xarici siyasətin, dostluq və əməkdaşlığın inkişafı siyasətinin tərəfdarıdır. Çin-Azərbaycan münasibətləri də məhz bu dəyişməz əsasda möhkəm qurulub.

- Ermənistan tərəfindən başlamış Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yoluna münasibətdə Çinin mövqeyi necədir?

- Çinlə Azərbaycan arasında münasibətlərin əsası qarşılıqlı hörmət və bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdən ibarətdir. Çin Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünun saxlanması naminə göstərilən bütün səyləri qətiyyətlə dəstəkləyir. Çin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı narahatlıqlarını başa düşür. Azərbaycan və Ermənistanın BMT nizamnaməsi və prinsipləri çərçivəsində, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ən qısa bir vaxtda bu problemi həll edə biləcəklərinə və nəticədə Azərbaycan xalqına, eləcə də bütün regionun xalqlarına xoşbəxtlik və əmin-amanlıq gətirəcəyinə ürəkdən inanır.
Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünya ictimaiyyəti ilə birgə bu münaqişənin həlli işinə öz töhfəsini verməyə hazırdır.

- Azərbaycan iqtisadiyyatının hansı sektoru Çindən olan investorlar üçün daha cəlbedicidir? Onlara telekommunikasiya və avtomobilqayırma sektorları daxildirmi?

- Çinli investorlar üçün Azərbaycan çox cəlbedici və yeni bazardır. Son illər Çində də Azərbaycanda olduğu kimi gurultulu iqtisadi artım müşahidə olunur. Bu, qarşılıqlı səmərəli əməkdaşlıq üçün geniş məkan və imkan verir. Çin hökuməti Çin müəssisələrinin xarici müəssisələrlə fəal xarici əməkdaşlığını bəyənir və genişləndirir. Məhz bu siyasət sayəsində çinli biznesmenlər əməkdaşlıq üçün imkanlar axtarmaq məqsədilə Azərbaycana gəlirlər.
Hazırda hər iki ölkənin əməkdaşlığı adi ticarət münasibətlərini arxada qoyub. Yeni texnologiyalar, energetika, kommunikasiya və xidmət sahəsində onun həcmi və ölçüsü genişlənir. Misal üçün, Çinin "HUA WEI" şirkəti Baktelecom-a fiksajlanmış telefon şəbəkələri üçün yenidənqurma və modifikasiya layihəsində qabaqcıl və səmərəli həll varintları təqdim edib və Bakıda ilk dəfə olaraq yüksək texnologiyalı və keyfiyyətli NGN (Növbəti nəsil şəbəkəsi) avadanlıqları quraşdırıb. Şirkət rabitə sahəsinə yeni təfəkkür gətirib və azərbaycanlı həmkarları tərəfindən dəstək alaraq tanınıb. Ötən il ərzində bu şirkətin məhsullarının Azərbaycan bazarlarında satışı 20 milyon ABŞ dolları olub.
Daha bir misal. Bu il martın 7-də Cənubi Çin aviasiya şirkəti Urumçi-Bakı marşrutu üzrə daimi reyslər açıb. Bu da öz növbəsində Çinlə Azərbaycan arasında şübhəsiz sıx mübadiləyə imkan verir.
2005-ci ildə iki ölkə arasında mal dövriyyəsinin həcmi $258 milyon təşkil edib ki, bu da ötən illə müqayisədə 40,4% çoxdur. Mən əminəm ki, hər iki ölkənin sahibkarları arasında qarşılıqlı anlaşmanın dərinləşməsi əməkdaşlıq üçün yeni təmas nöqtələrini tapmağa imkan verəcək və qarşılıqlı münasibətlərin formatı bundan sonra da fasiləsiz olaraq genişlənəcək və yeniləşəcək.

- Bu gün Azərbaycan iqtisadiyyatına Çin şirkətləri tərəfindən qoyulan investisiyaların həcmi nə qədər olub və 2006-cı il üçün proqnoz göstəriciləri necədir?

- Çin statistikasına görə, şirkətlərimizin Azərbaycanda kapital qoyuluşunun ümumi həcmi $300 milyon təşkil edir. Çin müəssisələri qarşılıqlı səmərə əsasında öz fəaliyyətlərini genişləndirirlər və bununla da Azərbaycan iqtisadiyyatının inkişafı işinə öz töhfəldərini verirlər. Misal üçün, 2002-ci ildən başlayaraq Çinin Neft-Qaz Korporasiyası SNPC Azərbaycanda qurudakı neft-qaz yataqları sektoruna investisiya qoymağa başlayıb. Təkcə "K & K" yatağındakı bir obyektdən Azərbaycan tərəfi $125 milyon məbləğində gəlir götürüb. Bununla yanaşı, şirkət 900 azərbaycanlı işçini işə cəlb edib. Şirkət həmçinin, xeyriyyə məqsədləri üçün də $460 min məbləğ ödəyib.
Mən bilirəm ki, $300 milyon dollarlıq kapital qoyuluşu o qədər də böyük rəqəm deyil və iki ölkənin iqtisadi inkişaf səviyyəsinə və əməkdaşlıq potensialına uyğun gəlmir. Məndə olan məlumatlara görə, hazırda Azərbaycan hökuməti xüsusi iqtisadi zona yaratmaq istəyir və kənd təsərrüfatı, elm, texnika, nəqliyyat, inşaat infrastrukturu sahəsində xariclə əməkdaşlıq etməyə hazırlaşır.
Azərbaycanda çox qabaqcıl iqtisadi artım tendensiyası var və mən əminəm ki, bu, daha çox investorları, o cümlədən, çinli səhmdarları cəlb edəcək. Güman edirəm ki, onlar Azərbaycan iqtisadiyyatı üçün çox işlər görə biləcəklər.

- Hazırda Çin şirkətləri Azərbaycanda neft hasilatına fəal cəlb olunur. Çin investorlarının Azərbaycanın yeni neft-qaz yataqlarının işlənməsində marağı qalmaqdadırmı?

- Hazırda Çin ildə təxminən 200 miyon tona yaxın həcmdə xammal nefti hasil edir. Bu həcm ölkə iqtisadiyyatının sürətli inkişafı üçün kifayət deyil. Azərbaycan zəngin neft və təbii qaz ehtiyatlarına malikdir. Çinlə Azərbaycan arasında enerji əməkdaşlığı hər iki ölkənin maraqlarına cavab verir ki, bu da ikitərəfli əməkdaşlığın mühüm aspektlərindən biridir. Hazırda Çinin yüksək texnoloji səviyyə malik SNPC və SINOPEC kimi iri və nüfuzlu neft-qaz şirkətləri Azərbaycanda öz bizneslərini açıblar.
Açığını desək, əməkdaşlığın həcmi hələlik kifayət qədər deyil. Çin tərəfi böyük ümidlə əməkdaşlığın həcminin artacağını və onun gələcəkdə daha da dərinləşməsini gözləyir. Biz ümid edirik ki, energetika sahəsində əməkdaşlıq məsələsində ciddi irəliləyiş əldə olunacaq.

Xəbər lenti

Xəbər lenti