...

Səlim Müslümov: Aprelin 1-dən pensiyaların baza hissəsi 30 manatadək artırılacaq

Siyasət Materials 29 Mart 2006 15:55 (UTC +04:00)
Səlim Müslümov: Aprelin 1-dən pensiyaların baza hissəsi 30 manatadək artırılacaq

Aprelin 1-dən pensiyaların baza hissəsinin 5 manat artırılacağı gözlənilir və bunun nəticəsində pensiya 30 manata çatdırılacaq. Bu barədə Trend ə Sosial Müdafiə Dövlət Fondunun (ƏSMDF) sədri Səlim Müslümov bildirib.

Əhalinin pensiyaçılar arasında 295 nəfər olaraq göstərilən güzəştli təbəqəsi üçün pensiyanın baza hissəsinə daha bir əlavə də nəzərdə tutulur. Birinci qrup əlillər (korlar) artırılma nəticəsində pensiyanın baza hissəsini ikiqat həcmdə, yəni 60 manat olaraq alacaq. Birinci qrupdan olan digər güzəştli dərəcələr üçün pensiyaya 20% əlavə, milli qəhrəmanların ailə üzvlərinə 200% nəzərdə tutulub. Eyni zamanda şəhidlərin ailə üzvləri, müharibə veteranları, ikinci qrup əlillər, sonradan bəraət almış repressiya qurbanları üçün də əlavə olacaq.

S.Müslümovun sözlərinə görə, pensiyanın baza hissəsinin artırılması 1,180 mln. pensiyaçını əhatə edəcək. Pensiyaların artırılması ilə əlaqədar Dövlət fondunun büdcəsindən yalnız aprel ayı üçün əlavə 35 mlrd. manat ayrılması nəzərdə tutulub. SMDF rəhbəri qeyd edib ki, oktyabrda pensiyaların növbəti dəfə 5 manat artırılaraq 35 manata çatdırılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti