...

Ramil Usubov: "Narkomaniya ilə mübarizə və ölümlə nəticələnən bağlı qalmış yol-nəqliyyat hadisələri DİN-in nəzarətindədir"

Siyasət Materials 29 Mart 2006 19:01 (UTC +04:00)

Martın 29-da Daxili İşlər Nazirliyində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının yeni qanununa əsasən, bu sahədə və "Ölümlə nəticələnən bağlı qalmış yol-nəqliyyat hadisələrinin açılması sahəsində görülən işlərin vəziyyəti" haqqında məsələlərin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Trend in məlumatına görə, iclasda çıxış edən daxili işlər naziri Ramil Usubov bildirib ki, narkomaniya ilə mübarizə və ölümlə nəticələnən bağlı qalmış yol-nəqliyyat hadisələri DİN-in daim nəzarətindədir. Onun sözlərinə görə, cari ilin birinci rübündə cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini, cinayətlərin açılması, axtarışda olanların tutulması sahəsində müsbət addımlar qorunub saxlanılıb.

Nazir eyni zamanda son zamanlar yol-nəqliyyat hadisələri zamanı həlak olanların sayının artmasının narahatlıq doğurduğunu, qəza hadisələrinin açılmasının ərazi polis orqanlarında istənilən səviyyədə təşkil olunmadığını deyib.

Sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov məruzəsində bildirib ki, ötən il narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əsas diqqət narkotik vasitələrin külli miqdarda satışına qarşı yönəlib. Təkcə 2005-ci ildə bu qəbildən 244 cinayət faktı aşkar edilib, onları törətmiş 146 nəfər, o cümlədən 16 əcnəbi cinayət məsuliyyətinə cəlb olunub. Ötən il ərzində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən 245 kiloqram narkotik vasitə, o cümlədən 34,6 kiloqram tiryək, 150 kiloqram marixuana, 13,3 kiloqram heroin, 38,4 kiloqram həşiş götürülüb. Narkotiklərin satışı ilə bağlı 742 fakt aşkar edilib, bu da 2004-cü illə müqayisədə 68 fakt çox olub. Narkotik tərkibli bitkilərin əkilib-becərilməsinə qarşı həyata keçirilən "Xaş-xaş-2005" şərti adlı kompleks əməliyyat axtarış və profilaktik tədbirlər nəticəsində çəkisi 512,7 ton olan narkotik xassəli bitkilər aşkarlanaraq məhv edilib. Məhv edilmiş yaşıl kütlənin 306 tonu, il ərzində müsadirə edilmiş narkoti

k vasitələrin isə 99,7 kiloqramı bilavasitə Baş İdarə və onun regional şöbələri tərəfindən aşkarlanıb.

İclasda həmçinin qeyd olunub ki, ötən il ölkə üzrə qeydə alınmış ölümlə nəticələnən 726 yol-nəqliyyat hadisəsindən 634-nün açılması təmin edilib, həmin hadisələrə görə 600 nəfər müəyyən olunaraq 409-u cinayət məsuliyyətinə cəlb edilib. Bu hadisələr nəticəsində 938 nəfər həlak olub, 453 nəfər xəsarət alıb. Hadisələrin təxminən yarısı sürücülər tərəfindən sürət həddinin aşılması səbəbindən baş verib.

Xəbər lenti

Xəbər lenti