...

Əli Əliyev: "Ədliyyə Nazirliyinin qərarından narazıyıq"

Siyasət Materials 30 Mart 2006 10:07 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan Milli İstiqlal Partiyasının sabiq sədri Əli Əliyev Ədliyyə Nazirliyini məhkəməyə verəcək. Bu barədə Trend ə özü məlumat verib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin kollegiya iclasının martın 29-da keçirilən iclasında Etibar Məmmədovun ilderi olduğu AMİP tərəfindən nazirliyə təqdim olunan sənədlər əsasında partiya yenidən dövlət qeydiyyatına alınıb.

Ə.Əliyev bildirib ki, onlar adıçəkilən nazirliyinin qərarından narazıdırlar: "Bu gün partiyanın Siyasi Şurasının iclasında nazirliyin qərarı müzakirə ediləcək. Bu məsələni ilkin olaraq rayon məhkəməsi vasitəsilə həllini düşünürik. Proses uzanarsa, beynəlxalq məhkəmələrə də müraciət edəcəyimiz istisna deyil". AMİP-in sabiq sədri onu da vurğulayıb ki, Ədliyyə Nazirliyinin məlum qərarından asılı olmayaraq fəaliyyətlərini davam etdirəcəklər.

Ə.Əliyev onu da bildirib ki, təmsil olduğu "Azadlıq" siyasi blokunun liderlərinin bu gün saat 13.00-da keçirəcəyi toplantıda da Ədliyyə Nazirliyinin məlum qərarı müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti