...

Xələf Xələfov: Apreldə delimitasiya üzrə Azərbaycan-Gürcüstanın komissiyası sədrlərinin görüşü keçiriləcək

Siyasət Materials 31 Mart 2006 14:31 (UTC +04:00)

Aprelin 2-ci yarısında Tiflisdə delimitasiya üzrə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiya sədrlərinin növbəti iclası keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə martın 31-də jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi komissiyanın yeni sədrini təyin edib. O, Gürcüstanın xarici işlər nazirinin müavini Nikolos Mandjqaladzedir. "Biz yeni sədrlə növbəti danışıqların tarixi və gündəliyi ilə bağlı məsləhətləşmələr aparacağıq", - deyə X.Xələfov qeyd edib.

Xəbər lenti

Xəbər lenti