...

Aprel ayında Azərbaycan Kosovo, İraq və Əfqanıstana sülhməramlı qüvvələr göndərməyəcək

Siyasət Materials 3 Aprel 2006 13:56 (UTC +04:00)

Aprel ayında Kosovo, İraq və Əfqanıstana sülhməramlı qüvvələr göndərilməyəcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

Onun sözlərinə görə, sülhməramlılardan ibarət qrupların həmin ölkələrə növbəti dəfə ezam olunması iyul ayında baş tutacaq.

Qeyd edək ki, Kosovo, İraq və Əfqanıstana Azərbaycan əsgərləri sonuncu dəfə cari ilin yanvar ayında ezam olunub. 104 sülhməramlıdan ibarət 3 qrup İraq, Kosovo və Əfqanıstana göndərilib. Sülhməramlılarımızdan 90 nəfəri İraqa, 9 nəfəri Kosovaya, 5 nəfəri isə Əfqanıstana ezam olunub.

Xəbər lenti

Xəbər lenti