...

YAP-ın icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 3-də Çinə gedəcək

Siyasət Materials 3 Aprel 2006 16:21 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 3-də axşam saatlarında Çin Xalq Respublikasının Kommunist Partiyasının dəvəti ilə Çinə səfər edəcək. Bu barədə Trend ə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

Nümayəndə heyətinin tərkibinə partiyanın icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov, parlamentin sosial-siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli, millət vəkili Ərəstun Cavadov və partiyanın İdarə Heyətinin üzvü Kərim Kərimov daxildir. Qeyd edək ki, səfər aprelin 4-dən 11-dək davam edəcək.

Səfər çərçivəsində YAP-ın nümayəndə heyəti Çin Kommunist Partiyasının rəhbərləri, dövlət rəsmiləri ilə görüşlər keçirəcək. Səfərin əsas məqsədlərindən biri də hər iki dövlətin hakim partiyası arasında gələcək əməkdaşlıqın pespektivlərini müzakirə etməkdir.

Xəbər lenti

Xəbər lenti