...

Xalid Əlimirzəyev: "AMAL" Ziyalı Hərəkatı maliyyə sıxıntısı çəkir"

Siyasət Materials 3 Aprel 2006 16:48 (UTC +04:00)

"AMAL" Ziyalı Hərəkatı maliyyə sıxıntısı çəkir. Bu barədə Trend ə adıçəkilən hərəkatın lideri, professor Xalid Əlimirzəyev bildirib.

X.Əlimirzəyev onu da bildirib ki, maliyyə çətinliyi üzündən hərəkat qərargah tapa bilmir: "Görüşlərimiz, hərəkatın Ali Şurasının toplantıları ayrı-ayrı qəzetlərin redaksiyalarında keçirilir. Pulumuz olmadığından İdarə Heyətinin belə toplantısını keçirə bilmirik". Hərəkatın lideri onu da vurğulayıb ki, bundan sonra siyasi fəaliyyətlə məşğul olmayacaqlar: "Qərara almışıq ki, fəaliyyətimizi daha çox təhsil, mədəniyyət və digər sosial problemlərə yönəldək. Artıq bu istiqamətdə hərəkatımızın mütəxəssisləri tərəfindən bir sıra layihələr işlənilib".

X.Əlimirzəyev onu da vurğulayıb ki, tutduğu vəzifədən istefa vermək istəsə də, qərarı Ali Şura tərəfindən qəbul edilməyib: "Bunun üçün İdarə Heyətinin iclası çağırılmalıdır, konfrans keçirilməlidir. Bütün bunlar maliyyə ilə bağlı olduğundan, həm də digər səbəblər əsas gətirilərək istefam qəbul edilmədi".

Xəbər lenti

Xəbər lenti