Türkiyə prezidenti Əhməd Nejdet Sezerin Azərbaycana rəsmi səfəri zamanı əsasən qarşılıqlı siyasi və iqtisadi fəaliyyətlə bağlı məsələlər müzakirə olunacaq. Trend bildirir ki, bu barədə Türkiyə prezidenti mətbuat xidmətinin məlumatında deyilir.
Dövlət başçılarının danışıqlarında ikitərəfli əlaqələr, beynəlxalq sahədə regional siyasət və əməkdaşlıq məsələləri müzakirə olunacaq. Əhməd Nejdet Sezerin Bakıya rəsmi səfəri aprelin 4-5-də baş tutacaq.
Xatırladaq ki, öncə Türkiyə prezidentinin Bakıya səfəri 2006-cı il yanvarın 25-26-na planlaşdırılıb, amma əlverişsiz hava şəraiti ilə bağlı olaraq vaxtı dəyişdirilib.