...

Litva prezidentinin Azərbaycana aprelin ortalarında səfər edəcəyi planlaşdırılır

Siyasət Materials 4 Aprel 2006 11:01 (UTC +04:00)

Litva prezidenti Valdas Adamkusun Azərbaycana aprelin ortalarında rəsmi səfər edəcəyi planlaşdırılır. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində siyasi və iqtisadi xarakterli 5-6 sənəd imzalana bilər. Bundan başqa, dövlət başçıları tərəfindən Siyasi Bəyanatın da imzalanacağı gözlənilir. Səfərin gündəliyi və ikitərəfli sənədlərin layihələri hələlik hazır deyil və bunlar Litva ekspert qrupunun bu yaxınlarda Bakıya planlaşdırılan səfəri zamanı razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti