...

AMDP Siyasi Şurasının iclasında piketlərin bərpası məsələsi müzakirə ediləcək

Siyasət Materials 10 Aprel 2006 16:30 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyası (AMDP) Siyasi Şurasının aprelin 11-də keçiriləcək növbəti toplantısında bir sıra məsələlərlə yanaşı partiyanın Ədliyyə Nazirliyi qarşısında piketlərinin keçirilməsi məsələsi də müzakirə ediləcək. Bu barədə Trend ə AMDP sədri İsgəndər Həmidov bildirib.

İ.Həmidov qeyd edib ki, Ədliyyə Nazirliyindən onlara bildirmişdilər ki, martın sonuna qədər partiyanın qeydiyyata alınması məsələsi öz həllini tapacaq: "Ancaq nazirliyin kollegiya iclaslarında AMDP-nin məsələsi gündəliyə salınmayıb. Siyasi Şuranın aprelin 11-də keçiriləcək növbəti toplantısında bu məsələni müzakirə edəcəyik".

Partiya sədri vurğulayıb ki, onlar Ədliyyə Nazirliyinin qarşısında yenidən piketlərin keçirilməsini planlaşdırıblar. İ.Həmidov həmçinin bildirib ki, AMDP-nin qeydiyyata alınmaması ilə bağlı bir sıra beynəlxalq təşkilatlara müraciət edilib.

Xəbər lenti

Xəbər lenti