...

Məzahir Pənahov Macarıstanın Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşüb

Siyasət Materials 10 Aprel 2006 17:35 (UTC +04:00)

Macarıstanda səfərdə olan Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov aprelin 10-da bu ölkənin mərkəzi seçki komissiyasının sədri ilə görüş keçirib. Bu barədə Trend ə M.Pənahov məlumat verib.

Görüşdə əsasən 9 apreldə Macarıstanda keçirilmiş parlament seçkiləri ilə bağlı müzakirələr, fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycanla Macarıstanan MSK-larıarasında əməkdaşlıq məsələsi də müzakirəyə çıxarılıb. Qeyd edək ki, hazırda Macarıçtanda səfərdə olan M.Pənahov bu ölkədə keçirilmiş parlament seçkilərinin müşahidəsində iştirak edib.

M.Pənahov Macarıstana səfəri zamanı həmçinin Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyasında da görüş keçirib. Assosiasiyasının baş katibi Zoltan Totla görüşdə Azərbaycanın Mərkəzi Seçki Komissiyası ilə bu qurum arasındakı gələcək əməkdaşlığın perspektivləri barədə müzakirə aparılıb. Görüşlərdə MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov da iştirak edib. Aprelin 11-də MSK nümayəndələrini səfəri başa vuraraq Bakıya qayıdacaqlar.

Qeyd edək ki, bu səfər Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyasının baş katibi Zoltan Totun dəvəti ilə baş tutub.

Xəbər lenti

Xəbər lenti