...

Robert Simmons: NATO Dağlıq Qarabağ münaqişəsinn sülh yolu ilə həllinin tərəfdarıdır

Siyasət Materials 10 Aprel 2006 18:33 (UTC +04:00)

NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 10-da Bakıda jurnalistlərə NATO dövlət katibliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Robert Simmons məlumat verib.

Bakıya səfəri zamanı xüsusi nümayəndə ölkənin rəsmi şəxsləri ilə görüşərək Azərbaycanın NATO ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.

R.Simmons artıq müdafiə naziri Səfər Əbiyevlə görüşüb və Azərbaycan ordusunun yenidən formalaşdırılması məsələsini müzakirə edib. Xüsusi nümayəndənin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan rəhbərliyi ilə aparılacaq danışıqlarda əsas məsələlərdən biridir.

R.Simmons bəyan edib ki, NATO bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti