AŞPA yaz sessiyasının öz işinə aprelin 12-də Bakı vaxtı ilə saat 13:00-da başlamış 3-cü gününün gündəliyinə "Futbol üzrə dünya çempionatının başlanmasınadək qadın alverinin dayandırılması zəruriliyi" ilə bağlı məsələnin müzakirəsi daxildir. Trend in Strasburqdakı muxbirinin xəbər verdiyi kimi, saat 15.00-a Rumıniyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Mixay Razvan Unquryanın komtiə adından PA-nın ünvanına çıxışı təyin olunub.
Həmçinin, "Keçmiş Yuqoslaviya Respublikası Makedoniya"nın baş naziri Vlado Bukovskinin çıxışı da gözlənilir.
Günün ikinci yarısında "Nasist ideologiyasının dirçəlişi ilə mübarizə haqqında" məruzənin müzakirəsi nəzərdə tutulur.
Bu gün Azərbaycanla bağlı hər hansı məsələ müzakirə olunmayacaq.
Cənubi Qafqaz ölkələri ilə bağlı əsas debatlar aprelin 13-nə təyin olunub, həmin gün Azərbaycan, Ermənistan və Gürcüstanın qaçqın və məcburi köçkünləri ilə bağlı qətnamənin layihəsi müzakirə olunacaq.