...

Fəzail Ağamalı: "Ana Vətən Partiyasından qopmalar olmayıb"

Siyasət Materials 13 Aprel 2006 12:33 (UTC +04:00)

Ana Vətən Partiyasından (AVP) heç bir qopma baş verməyib. Bu barədə Trend ə AVP sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Qeyd edək ki, adıçəkilən partiyadan sədrin üç müavininin - Əkbər Qoşalı, Azər Mənsimli və Etibar Quliyevin F.Ağamalının siyasətinə etiraz əlaməti olaraq istefa verdikləri bildirilib. Partiya sədri isə qeyd edib ki, yalnız Əkbər Qoşalı öz ərizəsinə əsasən tutduğu vəzifədən uzaqlaşdırılıb: "Digər müavinlərim isə öz fəaliyyətlərini davam etdirirlər".

F.Ağamalı onu da bildirib ki, rəhbərlik etdiyi partiyadan qopmalarla bağlı xəbərlər Müsavat Partiyasının orqanında nəşr edildiyindən bunu da başa düşmək asandır: "Həmişəki kimi bu partiya və orqanı ana vətənçilərə böhtan atır".

Xəbər lenti

Xəbər lenti