...

Yol polisi yük maşınlarının paytaxtın mərkəzi küçələrinə girişinin qarşısını tam şəkildə ala bilmir

Siyasət Materials 20 Aprel 2006 14:58 (UTC +04:00)

Yol polisi yük maşınlarının paytaxtın mərkəzi küçələrinə girişinin qarşısını tam şəkildə ala bilmir. Bu barədə Trend ə Bakı şəhər DYPİ-nin hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair prezident tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq avtomobil yollarında tıxacların aradan qaldırılması məqsədilə yük maşınlarının səhər saat 8-dən axşam saat 21-dək mərkəzi küçələrə girişi məhdudlaşdırılıb. Aprelin 7-dən etibarən yük maşınlarının mərkəzi küçələrə girişi avtomobillərin xüsusi sxem üzrə hərəkət etməsinə dair Dövlət Yol Polisinin xüsusi buraxılış vərəqəsi ilə tənzimlənir. Yeni qaydaya görə, 5 tondan artıq tutumu olan yük maşınları yalnız axşam saat 21-dən səhər saat 8-ə qədər mərkəzi küçələrdə hərəkət edə bilər. Lakin sürücülər əksər hallarda qoyulmuş məhdudiyyətlərə əməl etmir və yol polisi belə halların qarşısını almaqda çətinlik çəkir" - deyə V.Əsədov bildirib.

V.Əsədovun sözlərinə görə, müəyyən edilmiş qaydanı pozduğuna görə artıq 3919 sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılıb və barələrində protokol tərtib olunub. Əgər eyni sürücü qaydanı təkrarən pozarsa, bu zaman onun buraxılış vəsiqəsi DYP tərəfindən geri alınacaq. Həmin sürücünün idarə etdiyi yük avtomobilinin mərkəzi küçələrə girişinə hətta müəyyən edilmiş vaxtlarda da imkan verilməyəcək.

Xəbər lenti

Xəbər lenti