...

Azərbaycan xarici işlər naziri Moskvaya yola düşüb

Siyasət Materials 20 Aprel 2006 19:25 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya yola düşüb. Xarici İşlər Nazirliyindən Trend agentliyinə verilən məlumata əsasən, nazir MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.

Aprelin 21-də Moskvada keçiriləcək növbəti iclasın gündəliyinə 17 məsələ daxil edilib. 11 məsələ üzrə sənəd layihəsi nümayəndə heyətləri rəhbərlərinə müzakirə etmədən imzalanmaq üçün təqdim olunacaq. Burada MDB ölkələri prezidentlərinin Qazaxıstan zirvə görüşündəki sazişlərinin praktiki icrası ilə bağlı məsəllərə önəm veriləcək. Xüsusilə, MDB hökumət başçıları Şurasının Müstəqil Dövlətlər Birliyi orqanlarının təkmilləşdirilməsi haqqında qərarının icrası müzakirə ediləcək və MDB-nın səmərəliyinin artırılması məsələləri üzrə yüksək səviyyəli qrupun təsis edilməsi haqqında qərar qəbul ediləcək. Bu və ya digər məsələlər üzrə sənədlərin layihələri ilkin olaraq ekspert və xarici işlər nazirləri səviyyəsində müzakirə olunub.

Nazirlər həmçinin, MDB çərçivəsində 2005-ci il üçün çoxsəviyyəli xarici işlər nazirlikləri arası məsləhətləşmələr planını təhlil edəcək, 2006-cı il üçün planı müzakirə edəcək, xarici işlər nazirliklərinin hüquq xidmətləri rəhbərlərinin məşvərət komitəsi haqqında əsasnaməni nəzərdən keçirəcəklər. Müzakirəsiz imzalanmaya təqdim olunacaq sənədlər arasında humanitar xarakterli sənədlər var ki, bunlar 2005-ci ildə MDB hökumət başçıları tərəfindən imzalanmış və MDB ölkələri əməkdaşlığının prinsip və formalarını ehtiva edən humanitar əməkdaşlıq haqqında saziş və bəyannamənin inkişafı üçün hazırlanıb.

Xarici işlər qurumlarının rəhbərləri MDB Hökumət Başçıları Şurasının 2006-cı il mayın 25-də Düşənbədə planlaşdırılan qarşıdakı iclasının gündəliyini də nəzərdən keçirəcək, dövlətlərarası əməkdaşlığ məsələləri üzrə sənədlər imzalayacaq.

İclasda iştirak çərçivəsində E.Məmmədyarov öz həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti