Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün hər bir addımı atmağa hazırdır. Trend xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi, millət vəkili Əli Əhmədov İranın müdafiə nazirinin Azərbaycan səfərində ölkəsi ilə ABŞ arasındakı münasibətləri tənzimləmək üçün Azərbaycanın vasitəçilik etməsi təklifinə münasibət bildirərkən deyib.
Ə.Əhmədov onu da qeyd edib ki, Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır: "Ona görə də rəsmi Bakı bölgədə əmin-amanlığın pozulmasını istəmir. Əgər bu məsələdə Azərbaycanın üzərinə hər hansı bir məsuliyyət düşəcəksə, Azərbaycanın ata biləcəyi addımlarda sülhün təmin olunacağı görünəcəksə, biz bu addmıları atacağıq".