May ayının ilk ongünlüyündə Azərbaycan Daxili Qoşunlarının (DQ) komandanı Zakir Həsənovun Çin Xalq Respublikasına səfəri planlaşdırılıb. Bu barədə Trend ə DQ-nin beynəlxalq əlaqələr şöbəsindən məlumat verilib.
Səfər həmin ölkənin müvafiq qurumunun rəhbərliyinin dəvəti ilə gerçəkləşəcək. Səfərdə məqsəd hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsindən ibarətdir.
Səfərin üç gün davam edəcəyi bildirlir.