...

Milli Məclisin aqrar siyasət daimi komissiyası "Bağçılıq təsərrüfatı haqqında" qanun layihəsini müzakirə edəcək

Siyasət Materials 22 Aprel 2006 11:39 (UTC +04:00)

Milli Məclisin aqrar siyasət daimi komissiyası parlamentin yaz sessiyasına iki qanun layihəsi təqdim edəcək. Bu barədə Trend ə adıçəkilən komissiyanın sədri Eldar İbrahimov bildirib.

E.İbrahimov bildirib ki, birinci qanun layihəsi "Fitosanitariya nəzarəti haqqında"dır: "Bu qanun layihəsi respublika ərazisində fitosanitar nəzarətinin təşkilinin və həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir, bitki mühafizəsi sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətləri tənzimləyir". Komissiya sədri onu da bildirib ki, qanun layihəsinin birinci və ikinci oxunuşlarında millət vəkilləri tərəfindən verilən təkliflər işçi qrupu tərəfindən qəbul edilib.

Komissiya sədri ikinci qanun layihəsinin "Bağçılıq təsərrüfatı haqqında" olduğunu bildirib. Birinci qanun layihəsi artıq komissiyanın sonuncu iclasında müzakirə olunub və üçüncü oxunuş üçün Milli Məclisə təqdim edib. "Bağçılıq təsərrüfatı haqqında" sənəd isə hələlik müzakirə olunmayıb.

Xəbər lenti

Xəbər lenti