...

Yuri Merzlyakov: Moskvada Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında məsləhətləşmələr çox məzmunlu olub

Siyasət Materials 24 Aprel 2006 12:44 (UTC +04:00)
Yuri Merzlyakov: Moskvada Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında məsləhətləşmələr çox məzmunlu olub

Moskvada Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin məsləhətləşmələri çox məzmunlu olub. Bu barədə Trend ə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov ötən həftənin sonlarında Vardan Oskanyanla Elmar Məmmədyarov arasında MDB xarici işlər nazirləri Şurasının iclası çərçivəsində keçirilən görüşü şərh edərkən bildirib.

"Biz gələcək müzakirələrlə bağlı hərtərəli danışıqlar (danışıqlar prosesi çərçivəsində - Trend in qeydi) apardıq. Odur ki, tezliklə, yaxın vaxtlarda növbəti görüşlər də keçiriləcək",- deyə Y.Merzlyakov bildirib. O, bu zaman Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində danışıqların növbəti mərhələsini nəzərdə tutub.

Onun sözlərinə görə, nazirlərin görüşü may ayında keçirilə bilər. Lakin danışıqların tarixi və keçiriləcəyi yer barədə danışmaq hələ tezdir. Diplomat hesab edir ki, nazirlərin görüşündən sonra perzidentlər səviyyəsində görüşün təşkilindən danışmaq olar.

Y.Merzlyakov mayın əvvəllərində ATƏT-in MQ həmsədrlərinin Moskvada məsləhətləşmələr keçiriləcəklərini, daha sonra isə Dağlıq Qarabağ regionuna səfər edəcəkləri böarədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti