...

ABŞ-ın Montana Universitetində keçirilən konfransda Azərbaycanla bağlı müzakirələr aparılıb

Siyasət Materials 24 Aprel 2006 13:50 (UTC +04:00)

Aprelin 20-22-də ABŞ-ın Missoula şəhərindəki Montana Universitetində "Mərkəzi Asiya üzrə dördüncü illik konfrans: siyasi dialoq" başlığı altında növbəti konfrans keçirilib. Trend in məlumatına görə, konfransda Montana Universitetinin elmi və tədris heyəti ilə yanaşı Iaşinqton analitikləri, habelə ABŞ Dövlət Departamentinin Orta Asiya üzrə direktoru Con Fox (John Fox), Tacikistanın ABŞ-dakı səfiri Xamroxon Zaripov və Azərbaycan Respublikasının baş konsulu Elin Süleymanov çıxış ediblər.

Konfrans zamanı Azərbaycana da xüsusi diqqət yönəldilib. Belə ki, Montana Universitetinin əməkdaşı, Azərbaycan haqqında çoxsaylı məqalələrin müəllifi olan Tomas Qolts (Thomas Goltz) Azərbaycanla bağlı məruzə edib. Konfrans çərçivəsində həmçinin, ABŞ Muğam Cəmiyyətinin prezidenti Cefri Ierbokun (Jeffrey Werbock) ifasında iki dəfə Azərbaycan müğamı konserti keçirilib.

Konfransın gedişində Montana ştatının qubernatoru Brayn Şvaytzer (Brian Schweitzer) "Enerji, Təhlükəsizlik və İqtisadi İnkişaf - Montana və Mərkəzi Asiya" mövzusu üzrə çıxış edib. Qubernator ilə görüşdə baş konsul Elin Süleymanov konsul patentinin surətini ona təqdim edib və B.Şvaytzeri Azərbaycana səfərə dəvət edib. Öz tərəfindən Montananın qubernatoru Azərbaycanla hərtərəfli, xüsusən də alternativ enerji mənbələri (külək enerjisi), dağ rayonlarının inkişafı və kənd təsərrüfatı sahəsində əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti