...

Samir Şərifov: Lazım gələrsə, Maliyyə Nazirliyində kadr dəyişiklikləri aparıla bilər

Siyasət Materials 24 Aprel 2006 13:54 (UTC +04:00)
Samir Şərifov: Lazım gələrsə, Maliyyə Nazirliyində kadr dəyişiklikləri aparıla bilər

Əgər Maliyyə Nazirliyində işin səmərəliliyinin artırılması zərurəti yaranarsa, o zaman strukturda kadr dəyişipklikləri baş verəcək. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycanın yeni təyin olunmuş maliyyə naziri Samir Şərifov məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkənin dövlət büdcəsinə dəyişiklərin edilməsi üzərində iş gedir. "Nazirliyin ehtiyacları yenidən nəzərdən keçirilir", - deyə nazir qeyd edib.

Yaxın vaxtlarda nazirlik yeni yaradılmış 2 nazirliyin - Fövqəladə Hallar və Müdafiə Sənayesi nazirliklərinin büdcəsini təsdiq edəcək.

"Biz dünya bazarında neftin qiymətinin artmasından əldə olunan vəsaitin xərclənməsi məsələsinə də yenidən baxmaq niyyətindəyik. Biz vəsaitin hansı hissəsini iqtisadiyyatın inkişafına, hansı hissəsini isə ehtiyat Fonduna yönəltməyi müəyyən etməliyik", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti