...

Avropa Şurasının Venesiya Komissiyası seçki hüquq məsələləri üzrə Bakıda dəyirmi masa keçirəcək

Siyasət Materials 26 Aprel 2006 16:30 (UTC +04:00)

Aprelin 28-də Bakıda "2005-ci il 6 noyabr seçkilərinin nəticələri və seçki hüququ və təcrübəsi məkanında əməkdaşlığın perspektivləri" mövzusunda dəyirmi masa keçiriləcək. Aprelin 26-da AŞ Venesiya Komitəsinin Strasburqdakı ofisindən Trend ə verilən məlumata görə, tədbir VK ilə AŞ-nın siyasi məsələlər üzrə baş direktorluğunun birgə səyi ilə təşkil olunub.

Dəyirmi masada Azərbaycanın Milli Məclisinin, prezidentin İcra Aparatının, Mərkəzi Seçki Komitəsinin və digər strukturlarının nümayəndələri iştirak edir.

2006-cı il 13 may təkrar parlament seçkiləri ərəfəsində seçki təcrübəsinin təkmilləşdirilməsinin mümkün yolları, eləcə də Avropa Şurası ilə Azərbaycan arasında seçki qanunvericiliyinin yaxşılaşdırılması üzrə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti