...

Artur Rəsizadə: Azərbaycanın ÜST ilə yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdiriləcək

Siyasət Materials 26 Aprel 2006 19:54 (UTC +04:00)

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıqda maraqlıdır və təşkilatın baş direkorunun Bakıya hazırkı səfəri əməkdaşlıq üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinə yeni imkanlar yaradacaq. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın baş naziri Artur Rəsizadə UST-ün baş direktoru Li Vukla görüşündə bildirib.

Hökumət başçısı təşkilatın Azərbaycan səhiyyə sistemində islahatların aparılmasına göstərdiyi yardımını yüksək qiymətləndirib və əməkdaşlığın gələcəkdə daha da genişdəndiriləcəyinə ümidvar olduğunu bildirib. Baş nazirin dediklərinə görə, ölkədə ÜST-ün dəstəyilə gerçəkləşdirlən proqramlar əhalinin sosial problemlərinin həllinə və tibbi xidmətilərin yaxşılaşdırılmasına yönəldilib.

L.Vuk "quş qripi" ilə mübarizədə təşkilatın Azərbaycanla əməkdaşlığını qeyd edərək, ölkə rəhbərliyinin bu sahədə atdığı addımları yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti