...

Azərbaycan prezidenti ABŞ Konqresində bir sıra görüşlər keçirib

Siyasət Materials 27 Aprel 2006 16:30 (UTC +04:00)

ABŞ-da səfərdə olan Azərbaycan prezidenti bu gün ABŞ Konqresinə gəlib. Prezident İlham Əliyevi burada Konqresin yüksək vəzifəli şəxsləri böyük mehribanlıqla qarşılayıblar. Dövlət başçısı burada bir sıra səmərəli görüşlər keçirib.

Prezident İlham Əliyev əvvəlcə Konqresin Azərbaycan üzrə işçi qrupunun üzvləri Kurt Ueldon və Solomon Ortislə, Nümayəndələr Palatasının energetika və beynəlxalq əlaqələr komitələrinin bir qrup üzvü ilə, Senatın xarici təxsisatlar üzrə alt komitəsinin sədri Miç MakKonellə və xarici əlaqələr komitəsinin sədri Riçard Luqar ilə görüşüb.

Azərbaycan prezidentinin ABŞ-a səfərini yüksək qiymətləndirən konqresmen və senatorlar ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da genişlənəcəyini və bir çox yeni sahələri əhatə edəcəyini vurğulayıb, ABŞ-Azərbaycan münasibətlərinin inkişafına ümid etdikləri barədə danışıblar.

Prezident İlham Əliyev də Iaşinqton səfərinə böyük əhəmiyyət verdiyini xüsusi vurğulayıb və keçirilən görüşlərin, aparılan danışıqların gələcək əməkdaşlığın inkişafına yeni təkan verəcəyini bildirib.

Görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif sahələri, ölkəmizdə gedən proseslər, Azərbaycanın regionda aparıcı rolu, beynəlxalq məsələlərdə, antiterror koalisiyasında iştirakı və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti