...

İlqar Qasımov: "İyun ayında Almaniya, Türkiyə və Azərbaycanın yəhudi təşkilatları ilə məsləhətləşmələr aparacağıq"

Siyasət Materials 28 Aprel 2006 14:47 (UTC +04:00)

İyun ayında Almaniya, Türkiyə və Azərbaycanın yəhudi təşkilatları ilə məsləhətləşmələr aparılacaq. Trend xəbər verir ki, bu barədə Azərbaycan Yolu Siyasi Hərəkatın lideri İlqar Qasımov bildirib.

Məqsəd ermənilərin işğalçılıq siyasətini ifşa etmək və yəhudilərə qarşı törətdikləri soyqırmı araşdırmaq olacaq. İ.Qasımov bildirib ki, bu məsələ ilə bağlı təşkilat komitəsini yaratmaq barədə fikir mübadiləsi aparılacaq. Hərəkatın lideri onu da vurğulayıb ki, ümumiyyətlə, ermənilərin türklər, ruslar, yəhudilər, farslar və digər millətlərə qarşı terrorçuluq siyasətini araşdırmaqla bağlı təhqiqatlar aparırlar: "Bu məsələdə İran dövlətinin və orada fəaliyyət göstərən təşkilatların köməyinə ehtiyacımız var".

İ.Qasımov onu da qeyd edib ki, mayın 5-də Moskvada Dağıstandan olan millət vəkilləri ilə də görüşü nəzərdə tutulub: "Bu görüşümüzdə də ermənilərin ləzgilərə qarşı törətdikləri təxribatlar araşdırılacaq. Ümumiyyətlə, belə qərara gəlmişik ki, ermənilərin işğalçılıq siyasəti ilə bağlı topladığımız materialları kitab şəklində çap etdirək".

Xəbər lenti

Xəbər lenti