...

AŞPA Rəfael Hüseynovun Ermənistanın işğalçı dövlət kimi qurumdan çıxarılması ilə bağlı sənədini müzakirə edib

Siyasət Materials 3 May 2006 20:52 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) mayın 3-də Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun müraciətinə baxıb. Trend in ATV-yə istinadən verdiyi xəbərə görə, millət vəkilinin AŞPA-ya təqdim etdiyi sənəddə işğalçı dövlət kimi Ermənistanın qurumdan çıxarlıması məsələsi öz əksini tapıb.

Onu da qeyd edək ki, məlum sənəd AŞPA-nın Nazirlər Komitəsində müzakirə edilsə də, konkret qərar qəbul edilməyib. Azərbaycanın qurumdakı daimi nümayəndəsi Aqşin Mehdiyev bildirib ki, müəyyən qərarın qəbul olunması üçün yekdil razılıq olmalıdır. Sənədin müəllifi R.Hüseynov isə hesab edir ki, sənədin müzakirəyə çıxarılması faktı müsbət nəticədir: "Nazirlər Komitəsində bu məsələnin müzakirəsi, müzakirədən əvvəl bu sənədin nəşr edilməsi Ermənistanın daim hədəfdə saxlanılması və ifşa olunması deməkdir".

R.Hüseynov onu da bildirib ki, ölkəmizlə bağlı bir sıra faktlar Nazirlər Komitəsində müzakirəyə çıxarılmaqla həm də dünya ictimaiyyətinə çatdırılmasına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti