...

Koreya Respublikasının prezidenti Azərbaycanda yaşayan etnik koreyalılarla gürüşəcək

Siyasət Materials 4 May 2006 14:48 (UTC +04:00)

Mayın 10-13-də Koreya Respublikasının prezidenti Ro Mu Xyun Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə rəsmi səfərlə Azərbaycana gəlir. Mayın 4 -də Koreya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Lyu Kvanq Çul dövlət başçısının mayın 10-da Azərbaycan ərazisində yaşayan etnik koreyalıların nümayəndələrilə, mayın 11-də prezident İ.Əliyevlə görüşəcəyini və elə həmin gün Səngəçaldakı neft terminalına baş çəkəcəyini bildirib.

Diplomat bildirib ki, hazırki səfər Azərbaycanla Koreya arasında qarşılıqlı münasibətlərin tarixində ilk səfərdir. O, Koreyanın ikitərəfli münasibətlərin inkişafı baxımından qarşıdakı səfərə mühüm əhəmiyyət verdiyini qeyd edib.

Hər iki dövlətin başçısı danışıqların yekunu üzrə ikitərəfli münasibətlərin prinsipləri barədə Bəyannamə imzalayacaqlar ki, bu da normativ-hüquqi bazanın möhkəmlənməsinə yaxşı əsas olacaq. Diplomat bundan əlavə səfərin yekunları üzrə mədəniyyət, aviasiya, energetika və informasiya texnologiyaları sahəsində daha 4 sənədin imzalacağını da bildirib.

Diplomatın sözlərinə görə, prezidentin hazırki səfəri Koreya şirkətləri üçün Xəzərin neft-qaz yataqlarının işlənməsi üzrə birgə layihələrdə iştirak üçün əlverişli şəraitin yaradılmasına imkan verəcək. Səfər inşaat, informasiya texnologiyaları və digər sahələrdə qarşılıqlı səmərəli əməkdaşlığın güclənməsinə də kömək edə bilər.

Xəbər lenti

Xəbər lenti