...

Ramiz Rzayev: Texniki problemlərlə əlaqədar Ali Məhkəmənin üç şöbəsi İqtisad Məhkəməsinə köçürülüb

Siyasət Materials 5 May 2006 14:47 (UTC +04:00)
Ramiz Rzayev: Texniki problemlərlə əlaqədar Ali Məhkəmənin üç şöbəsi İqtisad Məhkəməsinə köçürülüb

Texniki problemlərlə əlaqədar Ali Məhkəmənin üç şöbəsi müvəqqəti olaraq İqtisad Məhkəməsinə köçürülüb. Bu barədə Trend ə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev məlumat verib.

R.Rzayev bildirib ki, hazırda məhkəmənin Avropa standartlarına uyğun formatda geniş binası inşa edilir və
yaxın gələcəkdə Ali Məhkəmə həmin binaya köçməklə texniki problemlərdən də azad olacaq.

"Hələlik isə ictimaiyyətlə əlaqələr, ümumiləşdirmə və beynəlxalq əlaqələr şöbələri İqtisad Məhkəməsində fəaliyyətini davam etdirəcək. Bu qərarı Ali Məhkəməyə yeni 4 hakimin təyin edilməsindən sonra qəbul etmişik. Çünki yeni hakimlər həmin şöbələrin keçmiş otaqlarında əyləşəcəklər" - deyə R.Rzayev vurğulayıb.

Sədr onu da bildirib ki, Ali Məhkəmənin kollegiyalarının yeni tərkibi də formalaşıb. Belə ki, bundan sonra cinayət işləri və inzibati hüquq pozmalara dair işlər üzrə məhkəmə kollegiyasının tərkibi 4, mülki işlər üzrə məhkəmə kogllegiyasının tərkibi 12, iqtisadi işlər üzrə məhkəmə kollegiyasının tərkibi 3, hərbi məhkəmələrin işləri üzrə kollegiyanın tərkibi 3 hakimdən ibarət olacaq.

"Ali Məhkəmənin hakim korpusunun genişləndiriməsi davam edir və yaxın 1 il ərzində hakimlərin sayının 35-ə çatdırılması nəzərdə tutulub" - deyə R.Rzayev bildirib.

Xəbər lenti

Xəbər lenti