...

İlham Əliyev: BTC boru kəmərinin prioriteti Azərbaycanın karbohidrogen ehtiyatlarını dünya bazarlarına çatdırmasıdır

Siyasət Materials 5 May 2006 17:00 (UTC +04:00)

Azərbaycanda neft hasilatının həcmi ildən-ilə artır. 2008-ci ilə kimi Azərbaycan nefti ixracının səviyyəsi Bakı-Tbilisi-Ceyhan boru kəmərinin nəql elə biləcəyi qədər, yəni 50 mln. ton təşkil edəcək. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün bəyan edib.

Onun sözlərinə görə, ona görə də neft hasilatı üzrə öz imkanlarımızı nəzərə alaraq, boru kəməri 2008-ci ilə kimi tam yüklənəcək və ona çox ehtimal ki, əlavə həcmlər edilməyəcək. "Boru kəmərində neftin nəqlinin əlavə həcmləri gələcəkdə Qazaxıstandan neftin nəqlinə tələbat yarana biləcəyi halda əlavə investisiyalar, texniki məqamların təkmilləşdirilməsi yolu ilə yaradıla bilər",- deyə prezident bildirib.

"Biz nəqliyyat infrastrukturunu öz ehtiyatlarımızın hesabına, prinsip etibarilə, heç kimə heç nə təklif etmədən yaradırıq. Ona görə də BTC neft kəmərinin, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi əvvəlcədən Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılması məqsədi daşıyır və bu, bu gün də prioritetdir",- deyə İlham Əliyev qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan tərəfi daha geniş layihələrin təşəbbüskarı deyil və ola bilməz. "Belə zərurətin yaranacağı halda, Azərbaycan öz boru kəməri infrastrukturlarını Qazaxıstandakı dostları və tərəfdarlarına təqdim etməklə bağlı məsələyə baxmağa hazırdır", -deyə prezident bildirib.

Xəbər lenti

Xəbər lenti