9 saylı Binəqədi ikinci seçki dariəsindən qeydə alınan dörd namizəd təkrar parlament seçkiləri saxtalaşdırılacağı təqdirdə qanun pozuntularının aradan qaldırılması üçün birgə mübarizə aparacağları ilə bağlı razılıq əldə ediblər. Trend xəbər verir ki, bu barədə razılıq mayın 10-da namizədlər arasında bağlanılıb.
Qeyd edək ki, 9 saylı Binəqədi ikinci seçki dairəsindən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Müsavat Partiyasının Məclis üzvü Ehtiram Əli, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli və Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü Bəkir Əbdülrəhmanov deputatlığa namizəddirlər.
Namizədlər icra sturukturlarının və hüquq mühafizə orqanları nümayəndələrinin qanunsuz təbliğatının qarşısının alınması istiqamətində təcili tədbirlərin görülməsi, habelə seçki komissiyalarında siyasi partiyaları təmsil edən komissiya üzvləri və müşahidəçilərin fəaliyyətinin koordinasiya edilməsini də nəzərdə tutublar.