...

AŞPA-nın 18 müşahidəçisi bu gün Azərbaycana gələcək

Siyasət Materials 11 May 2006 16:04 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hollandiyalı parlamentari Leo Platvoetin rəhbərlik etdiyi 18 müşahidəçisindən ibarət nümayəndə heyəti bu gün Bakıya gələcək. Nümayəndə heyəti burada MSK rəhbərliyi, siyasi partiyaların və seçki bloklarının nümyaəndələri ilə görüşlər keçirəcək və eləcə də səsvermənin bilavasitə monitorinqini keçirəcəklər. Trend in verdiyi məlumata görə, bu barədə AŞPA-nın məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bu, müşahidə missiyasının ikinci (birinci səfər bu il aprelin 27-28-də olub) səfəridir. Missiyanın üzvləri Bakıya mayın 15-nə kimi gələcəklər.

O da bildirilir ki, AŞPA Azərbaycanda təkrar seçkilərin nəticələrini Strasburqda iyunun 26-dan 30-na kimi keçirilən yay sessiyası zamanı müzakirə edəcək.

Müşahidə missiyasının rəhbərlərinin mətbuat konfransı bazar günü, mayın 14-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti