...

Təkrar parlament seçkilərini 161 nəfər xarici, 5558 nəfər yerli müşahidəçi izləyəcək

Siyasət Materials 11 May 2006 16:13 (UTC +04:00)

Təkrar parlament seçkisində iştirak edən namizədlərin sayı 124 nəfərdir. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Təkrar seçkiləri izləmək üçün MSK-da qeydiyyatdan keçmiş xarici müşahidəçilərin sayı artaraq 161 nəfər olub. Yerli müşahidəçilərin sayı isə 5558 nəfərdir. Onların 1135 nəfəri MSK tərəfindən, 4423 nəfəri isə dairə seçki komissiyalarında qeydiyyata alınıb. Qeydiyyatda olanlar sırasında 511 nəfər namizədlərin vəkilləridir.

Jurnalistlərin müşahidə aparması üçün isə məhdudiyyət yoxdur. MSK sədrinin tapşırığına əsasən, kütləvi informasiya vasitələrinin nümayəndələri hər bir seçki məntəqəsində sərbəst müşahidə apara bilər.

Xəbər lenti

Xəbər lenti