...

Ombudsman aparatı əməkdaşları Azərbaycanda təkrar seçki prosesini müşahidə edəcək

Siyasət Materials 11 May 2006 17:14 (UTC +04:00)

Mayın 13-də keçiriləcək təkrar parlament seçkilərində Azərbaycanın insan hüquqları üzrə müvəkkili aparatının əməkdaşları müşahidəçi qismində iştirak edəcək. Bu barədə Trend ə ombudsman aparatından məlumat verilib.

Seçkilər prosesini aparatın 20-dək əməkdaşı müşahidə edəcək. Onlar artıq xüsusi treninqlər keçib. Ombudsman nümayəndələri Bakı, Sumqayıt, Gəncə, Ağdam, Zaqatala, Masallı və Qubada seçkilərin keçiriləcəyi bütün dairə və məntəqələrdə seçkiləri müşahidə edəcək.

Xatırladaq ki, seçki ərəfəsində ombudsman Elmira Süleymanova ölkə parlamentinə təkrar seçkilərin keçiriləcəyi rayonlarda seminarlar və görüşlər keçirib. Ombudsman bu rayonların əhalisi arasında onların seçki hüquqları ilə bağlı izahat işi aparıb.

Xəbər lenti

Xəbər lenti