...

Milli Məclisin növbəti iclası mayın 16-da keçiriləcək

Siyasət Materials 13 May 2006 12:10 (UTC +04:00)

Milli Məclisin növbəti iclası mayın 16-da keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

İclasda "Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin dövlət reyestrinin aparılması və onlara şəhadətnamə verilməsi haqqında əsasnamə"nin təsdiq edilməsi barədə, "İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında əsasnamə"nin təsdiq edilməsi, "Onkoloji yardım haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə və digər məsələlər müzakirə ediləcək.

Müzakirə olunacaq ilk iki məsələ Milli Məclisin regional daimi məsələlər komissiyasında, "Onkoloji yardım haqqında" qanun layihəsi isə sosial siyasət məsələləri daimi komissiyasında hazırlanıb.

Xəbər lenti

Xəbər lenti