...

İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Milli Məclisdə görüş keçirib

Siyasət Materials 16 May 2006 14:44 (UTC +04:00)

Azərbaycanda səfərdə olan İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yosef Şaqal mayın 16-da Milli Məclisdə Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəri Yevda Abramov qeyd edib ki, bu əlaqələrin genişlənməsində dostluq qruplarının da üzərinə məsuliyyət düşür. Millət vəkili həmçinin qeyd edib ki, yəhudi kimi parlamentdə təmsil olunması Azərbaycanın beynəlmiləlçi və demokrtik dövlət olduğunu təsdiqləyir. Millət vəkili Azərbaycandakı ictimai-siyasi vəziyyət və yəhudilərin yaşam tərzi ilə bağlı qonağı məlumatlandırıb.

Y.Şaqal səfərdən məmnun qaldığını və Azərbaycanın İsraildə səfirliyinin açılması istəyində olduğunu bildirib. Qonaq qeyd edib ki, Azərbaycan-İsrail arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini birləşdirəcəklər.

Xəbər lenti

Xəbər lenti