...

Bakıda iki avtomobil yolunun rekonstruksiyası üzrə kredit razılaşması imzalanıb

Siyasət Materials 16 May 2006 18:13 (UTC +04:00)
Bakıda iki avtomobil yolunun rekonstruksiyası üzrə kredit razılaşması imzalanıb

Bu gün Bakıda Dünya Bankı ilə Azərbaycanın Nəqliyyat Nazirliyi arasında iki avtomobil yolunun rekonstruksiyası üzrə 200 mln. dollar kreditin ayrılması barədə razılaşma imzalanıb.

Trend in verdiyi məlumata görə, razılaşmanı nəqliyyat naziri Ziya Məmmədov və DB-nın Cənubi Qafqaz ölkələri üzrə direktoru Donna Douset-Koyrolo imzalayıblar.

DB-nın Direktorlar Şurası 2006-cı il yanvarın 17-də kreditin ayrılması barədə qərar qəbul edib. Kredit Beynəlxalq Rekonstruksiya Bankının şərtləri ilə: 8 il güzəşt dövrü ilə libor+0,5% faiz dərəcəsi ilə 20 il müddətinə verilir.

Layihənin məqsədi nəqliyyat xərclərini azaltmaq, Şərq-Qərb və Şimal-Cənub Azərbaycan dəhlizləri üzrə yol təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün layihənin 1N-li komponentində Ələt-Masallı və Bakı-Şamaxı yollarının rekonstruksiyası nəzərdə tutulub. 75-80 km uzunluğu olan Ələt-Masallı yolunun rekonstruksiyası mövcud xərclərin 4 zolağa qədər genişləndirilməsi çərçivəsində həyata keçiriləcək. Uzunluğu 124 km olan Bakı-Şamaxı yolunun rekonstruksiyası mövcud yolun çərçivəsində həyata keçiriləcək.

Dəyəri $5,375 mln. olan 2 N-li komponent çərçivəsində Nəqliyyat Nazirliyinin və "Yolnəqliyyatservis" departamentinin institutisional gücləndirilməsi, avtomobil yollarından istifadə potensialının artırılması, texniki yardım, treninqlərin keçirilməsi və avadanlıqların alınması nəzərdə tutulur.

Layihənin 2011-ci ilin fevralında başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti