...

Sabir Rüstəmxanlı: "Parlament seçkiləri müxalifət düşərgəsinə çox ciddi zərbə oldu"

Siyasət Materials 19 May 2006 12:47 (UTC +04:00)

"Müxalifət düşərgəsində yer alan hansısa siyasi bloklara qoşulmaq barədə düşünmürük". Bu fikirləri Trend ə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

O, qeyd edib ki, müxalifət düşərgəsində yenidən birliklərin yaranması, əvvəlki əməkdaşlıqların bərpa olunması üçün müəyyən bir müddət keçməlidir: "Prezident seçkiləri müxalifətin bir hissəsini nokauta salmışdısa, parlament seçkiləri tamam nokauta saldı. Yəni, müxalifət düşərgəsinə çox ciddi zərbə oldu. Bu seçkidə bir sıra müxalifət partiyalarının açıq-aşkar çox ciddi səhvləri oldu. Ona görə düşünürəm ki, onların özlərinə gəlməsi üçün hələ bir az vaxt lazımdır".

S.Rüstəmxanlı başqa partiyalardan fərqli olaraq VHP-nin mövqeyini dəyişmədiyini və sabit yolda olduğunu deyib. Partiyanın parlamentdə yerini qoruyub saxladığını deyən VHP sədri əlavə edib ki, seçkilərə münasibəti də seçkidən əvvəlki mövqeyi ilə eynidir: "Biz başqalarının səhvini təkrarlamadan Azərbaycanda normal müxalifət düşərgəsinin formalaşmasına çalışırıq".

Xəbər lenti

Xəbər lenti