...

İran diplomatı: Tehranın nüvə proqramı ətrayında böhranın əsasını İran ideyalarının yayılmasının qarşısını almaq arzusu təşkil edir

Siyasət Materials 19 May 2006 15:43 (UTC +04:00)

Tehranın nüvə proqramı ətrafında yaranan böhranın əsasını "İranın ideyalarının yayılmasının" qarşısını almaq istəyi təşkil edir. Trend , bu barədə mayın 19-da Bakıdakı mətbuat konfransında İranın Bakıdakı səfirliyinin birinci katibi Mustafa Məşədi məlumat verib.

"Biz öz qarşımızda hər hansı bir ideoloji genişlənmə məqsədi qoymamışıq. Lakin, misal üçün, əslən iranlı olan Sistani İraqda çox şöhrət qazanıb", -deyə M.Məşədi bildirib.

O qeyd edib ki, İraqın ABŞ tərəfindən işğal olunmasına baxmayaraq, demokratik seçkiləri yenidən İranın məsləkinə yaxın olan şəxsləri hakimiyyətə gətirdi. İran diplomatının sözlərinə görə, bu eyni ilə HƏMAS-ın hakimiyyətə gəldiyi Fələstində də baş verib.

M.Məşədi həmçinin bildirib ki, Tehran öz nüvə proqramından arzu etdiyini əldə edib və hazırda yalnız özünün istehsal etdiyi nüvə yanacağından istifadə etməkdə maraqlıdır.

Xəbər lenti

Xəbər lenti