...

Azərbaycan prezidenti məşhur Amerika violençel ustası Yo Yo Manı qəbul edib

Siyasət Materials 19 May 2006 17:11 (UTC +04:00)

Mayın 19-da Azərbaycan prezidenti İlham Əliyev "İpək Yolu" layihəsinin rəhbəri, amerikalı violençel ifaçısı Yo Yo Manı qəbul edib. Bu barədə Trend məlumat verib.

Görüş zamanı Yo Yo Ma Azərbaycana səfərini səbirsizliklə gözlədiyini, ölkəyə səfərindən məmnun qaldığını qeyd edib. ABŞ-dan gələn musiqiçi əvvəllər Azərbaycan mədəniyyətinin bəzi nümayəndələri ilə görüşdüyünü xatırladıb və son illər ərzində respublikada mədəniyyətin inkişafı istiqamətində çoxlu işlərin görüldüyünü qeyd edib.

Dövlət başçısı məşhur amerikalı violençel ustasının Bakıya səfərindən məmnun qaldığını bildirib. Prezident Azərbaycan mədəniyyətinin təbliği kontekstində bu cür səfərlərin əhəmiyyətini qeyd edib.

Xəbər lenti

Xəbər lenti