...

"Bizim Azərbaycan" bloku mayın 24-də Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcək

Siyasət Materials 23 May 2006 17:55 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku mayın 24-də saat 12.00-da Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə Trend ə adıçəkilən blokun mətbuat xidmətindən bildiriblər.

Məlumatda o da qeyd olunub ki, aksiyada Gürcüstandan Azərbaycana gələn 20-ə yaxın soydaşımız da iştirak edəcək. Aksiyanın keçirilməsində məqsəd Gürcüstanda yaşayan soydaşlarımızın hüquqlarının qorunması ilə bağlı rəsmi Tiflisin heç bir addım atmamasıdır.

Onu da bildirək ki, aksiya icazəsiz keçiriləcək. Aksiyanın bəyanatı səfirliyə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti