...

Türkiyə məhkəməsi erməniləri soyqırımda təqsirləndirir

Siyasət Materials 31 May 2006 12:14 (UTC +04:00)

İyunun 16-da İstanbulun Şişli rayon məhkəməsi yazıçı Orxan Pamukun "1 mln erməni və 30 min kürdün qırılması haqqında" bəyanatının hüquqi cəhətdən əsaslılığı üzrə qaldırılmış cinayət işinə baxmağı planlaşdırıb.

Trend in Türkiyədəki xüsusi müxbirinin xəbər verdiyi kimi, Şərqi Anadoluda, əsasən İqdır, Qars və Ərzurum rayonlarında yaşayan və erməni terroru qurbanlarının ailələri iddia qaldırıb.

İddiaçılar arasında ermənilərin etnik təmizləmə siyasəti nəticəsində Türkiyəyə köçmüş azərbaycanlılar da var.

Məhkəmədə bu bəyanatın hüquqi cəhətdən əsassızlığına dair qərar qəbul olunduğu təqdirdə ermənilər tərəfindən türklərin və azərbaycanlıların kütləvi qırğın faktları üzrə məhkəmə qərarının çıxarılması mümkünlüyü nəzərdən keçiriləcək.

İyunun 16-da Türkiyənin tarixində ilk dəfə olaraq bu ölkə məhkəməsinin erməniləri soyqırımda təqsirləndirən hüquqi qərar qəbul edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti