...

İsrailin infrastruktur naziri Bakıya gələcək

Siyasət Materials 1 İyun 2006 13:17 (UTC +04:00)

İyunun 6-8-də İsrailin infrastruktur naziri Benyamin Ben-Elieyzer Azərbaycana rəsmi səfər etmək niyyətindədir. Bu barədə Trend ə İsrailin Bakıdakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfədə məqsəd iyunun 6-da açılacaq "Xəzərin neft və qazı-2006" adlı 13-cü beynəlxalq sərgi-konfransda iştirak etməkdən ibarətdir. Bu tədbirdə ilk dəfə olaraq İsrailin neft-qaz sahəsində fəaliyyət göstərən "Modcon" və "Bateman" şirkətlərinin iştirakı gözlənilir.

İyunun 8-də B.Ben-Elieyzer və İsrailin Bakıdakı səfiri Artur Lenkin də iştirakı ilə bu şirkətlərin təqdimat mərasimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti