...

Norveçin yeni səfiri Bakıya 2006-cı ilin sentyabrında gələcək

Siyasət Materials 2 İyun 2006 12:25 (UTC +04:00)

Norveçin Azərbaycandakı yeni səfiri Hans Iilhelm Lonqva (Hans Wilhelm Longva) Bakıya 2006-cı ilin sentyabrında gələcək. Norveçin Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, H.I.Lonqvanın namizədliyi artıq Osloda təsdiqlənib.

Hazırda Hans Iilhelm Lonqva Norveçin Türkiyədəki diplomatik missiyasına rəhbərlik edir.

Qeyd edək ki, hazırkı səfir Steynar Gilin səlahiyyət müddəti 2006-cı ilin yayında bitir. Onun Bakını avqustda tərk edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti