...

Amerika diplomatı ABŞ-ın Cənubi Azərbaycanda olan son hadisələrdə iştirakını təkzib edib

Siyasət Materials 2 İyun 2006 16:25 (UTC +04:00)
Amerika diplomatı ABŞ-ın Cənubi Azərbaycanda olan son hadisələrdə iştirakını təkzib edib

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Ceyson Haylend ABŞ-ın İranın şimalında olan son hadisələrdə iştirakını təkzib edib. Trend in verdiyi xəbərə görə, 2 iyunda ABŞ nümayəndələrinin və İzrailiin xüsusi xidmətlərinin Cənubi Azərbaycandakı (İranın şimalı - Trend ) təşvişlərə aidiyyatı olması haqqında İran nümayəndələrinin bəyanatlarını jurnalistlərə şərh edərək, C.Haylend deyib ki, "bu cür bəyanatlar həqiqətə uyğun deyil".

Amerika diplomatı deyib ki, "İranda insan hüquqları ilə olan vəziyyət hamıya məlumdur və nəinki ABŞ-ı, həm də bütün dünya cəmiyyətini narahat edir" və qeyd edib ki, "İranın şimalında olan son hadisələr bunu təsdiqləyir".

Bununla yanaşı, diplomatik missiyanın başçısı xüsusi olaraq qeyd edib ki, İranın nüvə proqramı ətrafındakı böhranın sülh yolu ilə tənzimlənməsi üzrə Vaşinqtonun etdiyi cəhdlərə görə iftixar hissi duyur.

Xəbər lenti

Xəbər lenti