...

3-cü mobil operator Bakı və bir sıra rayonlarda şəbəkə yaratmalıdır

Siyasət Materials 2 İyun 2006 18:44 (UTC +04:00)
3-cü mobil operator Bakı və bir sıra rayonlarda şəbəkə yaratmalıdır

Yeni mobil operator Azerphone bu ilin oktyabrından başlayaraq vətəndaşlara rabitə xidməti göstərməyi öhdəsinə götürür. Bu barədə Trend agentliyinin məlumatına əsasən, iyunun 2-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisində şəbəkənin yaradılması istiqamətində iş aparır.

Bu müddət ərzində Azerphone Bakı, Abşeron yarımadası və Gəncə, Mingəçevir, Əli-Bayramlı, Quba kimi rayonlarda telekommunikasiya şəbəkəsi yaradacaq. Bundan əlavə, ilin sonunda 10 rayon mərkəzi, o cümlədən, Bakı-Quba və Bakı-Gəncə magistral yolu da əhatə dairəsinə qoşulacaq.

Azerphone şirkəti mobil rabitə xidməti haqqında lisenziyanı Rabitə Nazirliyi kollegiyasının 28 dekabr 2005-ci il qərarı ilə alıb. Şirktəin təsisçiləri aşağıdakılardır: Aztelekom İstehsalat Birliyi (10%), Almanyianın Siemens şirkəti (30%) və 2 Britaniya şirkəti (60%).

Layihənin əsas tələbi 2 il ərzində Azərbaycan ərazilərinin 85%-ni mobil rabitələ təmin etməkdir. Şirkət 2 il ərzində $300 mln. həcmində investisiya qoymağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti