...

Hilmi Gülər: "Ceyhan yaxın gələcəkdə regional enerji mərkəzinə çevriləcək"

Siyasət Materials 5 İyun 2006 14:02 (UTC +04:00)
Hilmi Gülər: "Ceyhan yaxın gələcəkdə regional enerji mərkəzinə çevriləcək"

"Yaxın gələcəkdə Ceyhan regional enerji mərkəzinə çevriləcək". Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, bu barədə Ordu vilayətinə baş çəkən zaman Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər bəyan edib.

O qeyd edib ki, artıq bu gün xarici korporasiyalar Ceyhan limanına böyük maraq göstərir.

"Ankara energetika sahəsində çox həssas siyasət yürüdür və biz bu regionu mərhələ-mərhələ Aralıq dənizinin enerji mərkəzinə çevirməyi nəzərdə tuturuq", - deyə nazir vurğulayıb. O qeyd edib ki, tezliklə Türkiyə "tranzit ölkədən" bütün dünyanın enerji tədarükçülərinin maraqlarının kəsişdiyi dövlətə çevriləcək.

H.Gülərin sözlərinə görə, BTC tam gücü ilə işləməyə başlayan kimi dünya bazarlarına 1 mln barel neft tədarük olunacaq, bu həcmdə "qara qızıl"ın Türkiyə vasitəsilə tranziti isə ölkənin "reklamıdır".

Xəbər lenti

Xəbər lenti